Yeni mövsüm üçün transfer bazarının fəallarından olan “Lokomotiv” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, komandanın “sükanı”nı hollandiyalı Teon (Teunis) Buijsa həvalə edən “dəmiryolçular” yığmamızın blokçusu Ayşən Abduləzimovanın ardınca Yunanıstan millisinin kapitanı Evangeliya Çantavanı rənglərinə bağlayıblar.
Son mövsümü yerli “Vrilissia”da keçirən 24 yaşlı hücumçu “Lokomotiv”lə 1 illik razılığa gəlib. Azərbaycanda ilk yunanıstanlı voleybolçu olacaq Çantava Bakı klubuna gəlincə İtaliya və Türkiyədə legioner həyatı yaşayıb. 185 sm boya malik oyunçu müvafiq olaraq, “Terre Verdiane” (2011/2012) və “Karşıyaka”ın (2012/2013) uğurları üçün çalışıb.
Evangeliya karyerasında ilk rəsmi müqaviləni isə 15 yaşında bağlayıb. O, “İraklis”ə keçməklə (2005-2006, 2008-2009) digər klubların diqqətini də özünə cəlb edib və cəmi 1 il sonra Yunanıstan millisində oynamağa başlayıb. 2009-2011-ci illərdə “Olimpiakos”da forma geyən yunan gözəli burada ölkə kubokunu qazanmaqla yanaşı, yarışın ən dəyərli voleybolçusu (MVP) adına yiyələnib.
Qeyd edək ki, Çantava ilk peşəkar klubu ilə Yunanıstan çempionatının gümüş medalına (2009) da sahib olub və həmin mövsümdə MVP də seçilib.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO