Dünya çempionatının püşkatmasının vaxt açıqlandı
29.01.2014 - 16:33
Dünya çempionatının püşkatmasının vaxt açıqlandı

Qadın voleybolçular arasında dünya çempionatının final mərhələsinin püşkatmasının vaxt açıqlanıb. Apasport.az saytının məlumatına görə, İtaliyada start götürəcək mundialın iştirakçıları rəqiblərinin adlarını martın 10-da öyrənəcəklər.

 

Azərbaycan millisinin də qatılacağı dünya çempionatının püşkatması məhz Apennin yarımadasında atılacaq.

 

Qeyd edək ki, sentyabrın 23-dən oktyabrın 12-dək davam edəcək yarışda 24 komanda gücünü yoxlayacaq. İştirakçı ölkələrin tam siyahısı isə iyulda bilinəcək.