Faiq Qarayev: Qızlar matça hazır deyildilər
23.05.2014 - 08:47
Faiq Qarayev: Qızlar matça hazır deyildilər

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev Avro-2015-ə uğursuz startın səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis II təsnifat mərhələsinin ilk turunda Portuqaliyaya 2:3 hesablı məğlubiyyəti izah etməkdə çətinlik çəkib.

 

O, görüşdən voleybolçularımızın lazımı oyunu nümayiş etdirməməsindən şikayətlənib: “Oyunu niyə uduzduğumuzu bilmirəm. Bunu izah etmək çətindir. Qızlar matça hazır deyildilər və biz topu oyuna daxil edərkən çoxlu səhvlərə yol verdik”.

 

Qeyd edək ki, komandamız bu gün Yunanıstan millisi ilə üz-üzə gələcək.