Həmyerlimiz üçün “Quberniya”
20.01.2014 - 14:30
Avropa Voleybol Konfederasiyası beynəlxalq dərəcəli azərbaycanlı hakim Konstantin Selinə növbəti təyinat verib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz kişi voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Quberniya” (Rusiya) – “Araqo” (Fransa) oyununda əsas referi olacaq.
Yanvarın 23-də Nijni Novqorodda baş tutacaq matçda Selinə litvalı Audrius Qarqasas köməklik edəcək.
Qeyd edək ki, ilk matçda “Quberniya” 3:0 hesabı ilə qalib gəlib.
0
0