Hücumçumuz komandasını liderliyə yüksəltdi
04.11.2014 - 14:42
Hücumçumuz komandasını liderliyə yüksəltdi

Qadın voleybolçular arasında Cənubi Koreya çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Hyundai” “İBK Altos”u qonaq edib.

 

Oyun 3:1 (25:14, 25:19, 23:25, 25:11) hesabı ilə təmsilçimizin komandasının xeyrinə başa çatıb. Rəhimova qarşılaşmada 45 xal toplayıb. O, bunlardan 30-unu hücumda, 8-ni blokda və 7-sini eyslə qazanıb.

 

Bu qələbə sayəsində “Hyundai” turnir cədvəlində ilk pilləyə yüksəlib. 4 görüşdən 8 xal toplayan komanda izləyicisi “Huenqkuk”u şəxsi oyuna görə qabaqlayır.