Hücumçumuz üçün gözlənilməz hesab
16.01.2014 - 10:02
Hücumçumuz üçün gözlənilməz hesab

Qadın voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsində daha 3 qarşılaşma baş tutub. Apasport.az saytının məlumatına görə, 1/6 final mərhələsinin ikinci oyun günü sensasiya ilə yadda qalıb.

Belə ki, qrup mərhələsində “Rabitə”nin rəqibi olan Rusiya “Omiçka”sı İtaliyada darmadağınla üzləşib. Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Omsk təmsilçisi “Azəryol”u mübarizədən kənarlaşdıran “Konegliano” qarşısında çox aciz görünüb. Onlar 0:3 hesabı ilə uduzaraq, mərhələ adlamaq şanslarını çox çətinləşdiriblər. Məmmədova isə görüşdə 12 xal yığa bilib.

Digər görüşlərdə favoritlər səfərdən qalib kimi dönüblər. Bu gün isə “İqtisadçı” (Azərbaycan) “Vakıfbank”ı (Türkiyə), “Volero” (İsveçrə) “Pyaçentsa”nı (İtaliya) qəbul edib.

Çempionlar Liqası
I pley-off mərhələsi, ilk oyunlar


“Konegliano” (İtaliya) - “Omiçka” (Rusiya) – 3:0 (25:23, 25:18, 25:23)
“Atom” (Polşa) - “Əczaçıbaşı” (Türkiyə) – 0:3 (21:25, 20:25, 22:25)
“Dinamo” (Moskva, Rusiya) - “Dinamo” (Kazan, Rusiya) – 1:3 (21:25, 21:25, 25:18, 16:25)

Qeyd edək ki, bir gün öncə “Kann” (Fransa) “Qalatasaray”a (Türkiyə) 3:1 hesabı ilə qalib gəlmişdi.