İkinci dövrə erkən başlayacaq: 2 gündən bir oyun
18.01.2014 - 11:46
İkinci dövrə erkən başlayacaq: 2 gündən bir oyun

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının təqvimində növbəti dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, yanvarın 27-də start götürməli olan II dövrə 2 gün tez başlayacaq.

 

Belə ki, Azərbaycan çempionunun müraciəti ilə “Telekom” – “Rabitə” görüşü yanvarın 25-nə təsadüf edəcək. Həmin gün həmçinin 2 dəfə təxirə salınmış 2 görüşdən biri də oynanılacaq.

 

2 gün sonra VI turun digər 2 qarşılaşması və yanvarın 29-da isə təxirə salınmış son oyun baş tutacaq.

 

25 yanvar

II dövrə

VI tur

15:00. “Telekom” – Rabitə

 

IV turun təxirə salınmış oyunu

17:00. “Azəryol” – “İqtisadçı”

 

27 yanvar

VI tur

17:00. “Azərreyl” – “Azəryol”

19:00. “Lokomotiv” – “İqtisadçı”

 

29 yanvar

III turun təxirə salınmış oyunu

17:00. “İqtisadçı” – “Rabitə”