Kapitandan qələbə şərhi
13.11.2014 - 09:55
Kapitandan qələbə şərhi

“Çempionlar Liqasının qələbə ilə start verdiyimiz üçün sevinirəm. Bu yolda öz planlarımızı həyata keçirə bildik”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Ximik” klubunun voleybolçusu Anna Verblinska Çempionlar Liqasının ilk turu çərçivəsində “Rabitə” ilə görüşdən sonra deyib.

 

Komandasının kapitanı 3:0 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib. Verblinskanın sözlərinə görə, qələbələrində oyunçuların özünəinamı rol oynayıb: “Biz hamımız oyun öncəsi matça lazımı qədər güc qoyub, konsentrasiya olmağa söz vermişdik. Bunun üçün də çətin başlayan görüşü asan qələbə ilə bitirdik. Qalibiyyətdə böyük pay sahibi olan azarkeşlərimizə də təşəkkür edirəm”.