Kim qərarını verdi: “Azəryol” hələ gözləsin
12.05.2014 - 10:06
Kim qərarını verdi: “Azəryol” hələ gözləsin

Cənubi Koreya millisinin ulduz voleybolçusu Yeon Kounq Kimin Azərbaycana gəlişi yenə alınmayıb. Apasport.az saytının məlumatına görə, son 3 ildə adı Bakı klubları ilə, xüsusilə də “Azəryol”la hallanan 26 yaşlı hücumçu Super Liqanın gümüş medalçısına “yox” cavabı verib.

 

Kim gələcək karyerasına da aydınlıq gətirib. O, son 3 mövsümdə oynadığı Türkiyənin “Fənərbaxça” klubu ilə 2 illik anlaşmaya imza atıb.

 

Qeyd edək ki, az öncə cənubi koreyalının məhz “Azəryol”la 2 illik müqavilə bağlayacağı bildirilirdi.