Kurtua: İlk növbədə Azərbaycanla oyunu düşünməliyik
11.03.2014 - 14:12
Kurtua: İlk növbədə Azərbaycanla oyunu düşünməliyik

“İtaliya və Almaniya kimi komandalarla bir qrupda yer almağımız daha yaxşı olardı. Çünki bu millilərin oyununa kifayət qədər bələdik”. Apasport.az saytının məlumatına görə, bunu Belçika millisinin voleybolçusu Valeriya Kurtua deyib.

 

Dünən İtaliyada baş tutan dünya çempionatının püşkatması ilə bağlı fikirlərini açıqlayan

Kurtua Yaponiya, Çin, Azərbaycan və 2 Şimali Amerika təmsilçisinin yer alacağı qrupdan çıxmaq şanslarının yüksək olduğunu deyib: “Düzdür, rəqibi yaxşı tanımaq mərhələ adlamaq deyil. Amma Çin və Yaponiya yığmaları ilə eyni qrupa düşdük. Fikrimcə, belə bir qrupdan çıxmağımız da real görünür. Mənə elə gəlir ki, biz ilk növbədə Azərbaycanla oyunu düşünməliyik. Eyni zamanda, hələ adları bəlli olmayan Şimali Amerika təmsilçilərinin də kimliyini bilməliyik. Final mərhələsinə kimi kifayət qədər vaxtımız var. Bu müddətdə rəqiblərimizin oyununa mütəxəssis göndərib, onları daha yaxşı öyrənmək mümkündür”.

 

Qeyd edək ki, sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək mundialda qrupda ilk 4 yeri tutacaq komandalar mərhələ adlayacaq. Qrupumuzun matçları isə Bari şəhərində olacaq.