Kişi voleybolçular arasında Avropa Liqasının V və VI turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmalarda Azərbaycan millisi Yunanıstan yığmasının qonağı olub.
Sillie Tabares Leonardonun başçılıq etdiyi komandamız bu dəfə də qələbəyə həsrət qalıb. Düzdür, voleybolçularımız yunanlarla ilk dueldə 2:1 hesabı ilə önə keçiblər. Lakin bu onların qalib gəlməsinə kömək etməyib və millimiz 1 xalla kifayətlənib.
İkinci matçda isə yunanlar daha asan qələbə qazanıb.
Beləliklə, VI turdan sonra Azərbaycan yığması son pillədən qurtula bilməyib. Əvəzində komandamızdan güclü olan Yunanıstan qrup liderliyini ələ alıb.
Yığmamız növbəti 2 görüşdə Monteneqro voleybolçularının qonağı olacaq. Oyunlar iyunun 28-ə və 29-a təsadüf edəcək.
A qrupu
V tur
Yunanıstan – Azərbaycan – 3:2 (25:15; 26:28; 22:25; 25:17; 15:10)
Hakimlər: Dobromir Dobrev (Bolqarıstan), Stefano Çezare (İtaliya)
Saloniki, İdman Sarayı
Rumıniya – Monteneqro – 3:1 (20:25; 25:20; 25:22; 25:18)
VI tur
Yunanıstan – Azərbaycan – 3:1 (25:17; 23:25; 25:20; 25:16)
Hakimlər: Stefano Çezare (İtaliya), Dobromir Dobrev (Bolqarıstan)
Saloniki, İdman Sarayı
Rumıniya – Monteneqro – 1:3 (25:23; 23:25; 19:25; 21:25)
1. |
Yunanıstan |
6 |
4 |
2 |
562-534 |
15-10 |
12 |
2. |
Rumıniya |
6 |
4 |
1 |
556-527 |
13-11 |
11 |
3. |
Monteneqro |
4 |
3 |
1 |
393-357 |
10-7 |
8 |
4. |
Polşa |
4 |
1 |
3 |
361-388 |
7-10 |
4 |
5. |
Azərbaycan |
4 |
0 |
4 |
344-410 |
5-12 |
1 |
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO