Lider autsayderə qarşı, izləyiciləri üz-üzə
27.03.2014 - 16:05
Lider autsayderə qarşı, izləyiciləri üz-üzə

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XIV turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutacaq turun mərkəzi qarşılaşması “Azəryol”la “İqtisadçı” arasında olacaq.

 

Qarşılaşmada Ancelo Vercesinin yetirmələri müəyyən üstünlüyə malikdirlər. Çünki onlar ilk 2 dövrədə qalib gəlməklə, bunu sübut ediblər. Həmçinin, hazırda rəqibindən bir oyun az keçirən “Azəryol” ikinci pilləni qorumaq iddiasındadır.

 

“İqtisadçı” isə hesabat turunda “Rabitə”yə qarşı oynadığı kimi çıxış edərsə, məğlubiyyətlərdən birinin revanşını almış olacaq. Bu, həm də onların yenidən ikinci yerə qayıtması ilə nəticələnəcək.

 

Günün “Rabitə” – “Lokomotiv” matçında Azərbaycan çempionları aşkar favoritdirlər. Bu mövsüm uğursuzluqla yadda qalan “dəmiryolçular”ın “Rabitə”dən set alması belə inandırıcı görünmür.

 

Turun ilk - “Telekom” - “Azərreyl” matçında hər 2 komanda qələbə qazana bilər. Gənclərdən qurulmuş “Telekom” yaxşı formada olduğundan ən azından 1 xala ümid edəcək. “Dəmiryolçular” isə 4-cü pilləni qorumaq üçün uduzmamalıdır. Əks halda onlar pley-off arzularını çətinə sala bilərlər.

 

 

XIV tur

28 mart

15:00. “Telekom” - “Azərreyl”

İlk oyun: “Telekom” – “Azərreyl” - 0:3 (22:25; 23:25; 22:25)

İkinci oyun: “Azərreyl” – “Telekom” - 3:1  (24:26; 25:21; 25:22; 25:18)

 

17:00. “Rabitə” – “Lokomotiv”

İlk oyun: “Rabitə” – “Lokomotiv” - 3:0 (25:13, 25:13, 25:20)

İkinci oyun: “Lokomotiv” – “Rabitə” - 1:3  (21:25; 12:25; 25:22; 22:25)

 

19:00. “Azəryol” – “İqtisadçı”

İlk oyun: “Azəryol” – “İqtisadçı” – 3:2 (25:19, 25:19, 23:25, 13:25, 16:14)

İkinci oyun: “İqtisadçı” – “Azəryol” - 0:3  (23:25; 24:26; 20:25)

 

 

1

Rabitə

11

10

1

31-7

925-752

29

2

Azəryol

12

10

2

31-20

1141-1073

25

3

İqtisadçı

13

8

5

30-23

1182-1119

25

4

Azərreyl

13

4

9

21-31

1107-1177

15

5

Lokomotiv

13

3

10

22-30

1101-1179

14

6

Telekom

12

1

11

11-35

925-1081

3