Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XIII turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutacaq turun bütün oyunları eyni günə təsadüf edəcək.
Mərkəzi oyun ilk 2 sırada qərarlaşan “Rabitə” və “İqtisadçı” arasında olacaq. Rəqibindən 2 matç az keçirən Azərbaycan çempionu duelin favoriti sayılır. Çempionlar Liqasını bürünc medalla başa vuran “Rabitə”nin ikinci dövrədə olduğu kimi asan qələbə qazanacağı gözlənilir.
Lakin pley-offa ikinci yerin sahibi kimi yüksəlməyi hədəfləyən “İqtisadçı” da qələbəyə köklənib. Çünki “universitet komandası” uduzacağı halda yenidən “Azəryol”u özündən irəli buraxacaq. Növbəti turlarda xal fərqini aradan qaldırmaq isə onlara heç də asan olmayacaq.
Ən azından “İqtisadçı”dan 1 oyun az keçirən “Azəryol” bu dəfə autsayder “Telekom” qarşısında imtahan verəcək. Ancelo Vercesinin yetirmələrinin rəqabətlə üzləşəcəyi gözlənilsə də, xal itirəcəkləri proqnozlaşdırılmır.
Turun “Lokomotiv” – “Azərreyl” oyunu da böyük əhəmiyyət kəsb edir. Çünki bu cütdə qalib gələcək komanda çox güman ki, 4-cü yeri yerin sahibi kimi pley-offa vəsiqəni sifariş verəcək. “Dəmiryolçular”ın duelinin 5 set davam edəcəyi də istisna deyil.
XIII tur
26 mart
15:00. “Azəryol” – “Telekom”
İlk oyun: “Azəryol” – “Telekom” - 3:1 (25:19; 10:25; 25:18; 25:22)
İkinci oyun: “Telekom” – “Azəryol” - 1:3 (15:25; 24:26; 25:14; 16:25)
17:00. “Lokomotiv” – “Azərreyl”
İlk oyun: “Lokomotiv” – “Azərreyl” - 3:0 (25:23; 25:21; 25:21)
İkinci oyun: “Azərreyl” – “Lokomotiv” - 3:2 (25:22; 22:25; 25:13; 21:25; 15:13)
19:00. “İqtisadçı” – “Rabitə”
İlk oyun: “İqtisadçı” – “Rabitə” - 3:1 (13:25; 25:23; 26:24; 25:16)
İkinci oyun: “Rabitə” – “İqtisadçı” - 3:0 (25:21; 25:15; 25:20)
1 |
Rabitə |
10 |
9 |
1 |
28-5 |
817-645 |
27 |
2 |
İqtisadçı |
12 |
8 |
4 |
28-20 |
1075-1011 |
24 |
3 |
Azəryol |
11 |
9 |
2 |
28-18 |
1031-981 |
23 |
4
|
Lokomotiv |
12 |
3 |
9 |
21-27 |
1015-1083 |
14 |
5 |
Azərreyl |
12 |
3 |
9 |
18-30 |
1011-1091 |
12 |
6 |
Telekom |
11 |
1 |
10 |
9-32 |
833-971 |
2 |