Makklendon da “İqtisadçı”nı bəyənmədi
27.05.2014 - 08:53
Makklendon da “İqtisadçı”nı bəyənmədi

“İqtisadçı”nı daha bir voleybolçu tərk edib. Apasport.az saytının məlumatına görə, italiyalı Valentina Serenanın ardınca amerikalı Deja Makklendon da Super Liqanın bürünc mükafatçısı ilə vidalaşıb.

 

Belə ki, yanvarda “tələbə bileti” alan 21 yaşlı hücumçu başa çatan müqaviləsini yeniləməyə ehtiyac duymayıb. O, Polşa “Atom”unu daha peşəkar sayaraq, Sopot təmsilçisi ilə anlaşıb.

 

Qeyd edək ki, yeni mövsüm üçün iddiası bilməyən, Çempionlar Liqasına “wild card” üçün sifariş verməyib, CEV kubokuna qatılacaq “İqtisadçı” hələlik “Lokomotiv”dən xorvatiyalı Katarina Barunu heyətinə qatıb.