2014-cü ildə qadın və kişi voleybolçular arasında keçiriləcək Avropa Liqasının təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, oyunların günləri və başlama saatları dəqiqləşməsə də, yarışda mübarizə aparacaq millilərimizdən biri debüt matçına evdə, digəri səfərdə çıxacaq.
Reqlamentə əsasən, xanım voleybolçular bir-birləri ilə 2, kişi yığmalar isə 1 dövrədə münasibətlərinə aydınlıq gətirəcəklər. Ardinca “Dördlər finalı”nın ev sahibi müəyyənləşəcək, qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi ona qoşulacaq.
Qadınlar
A qrupu
I tur
6-8 iyun
Bolqarıstan – Azərbaycan
II tur
13-15 iyun
Azərbaycan – Sloveniya
III tur
20-22 iyun
Türkiyə - Azərbaycan
IV tur
27-29 iyun
Azərbaycan – Türkiyə
V tur
4-6 iyul
Sloveniya – Azərbaycan
VI tur
11-13 iyul
Azərbaycan – Bolqarıstan
“Dördlər finalı”
18-19 iyul
Kişilər
A qrupu
I tur
6-8 iyun
Sərbəst
II tur
13-15 iyun
Azərbaycan – Rumıniya
III tur
20-22 iyun
Yunanıstan – Azərbaycan
IV tur
27-29 iyun
Monteneqro – Azərbaycan
V tur
4-6 iyul
Azərbaycan – Polşa
“Dördlər finalı”
19-20 iyul
Qeyd edək ki, qadınların yarışında 8, kişilərin mübarizəsində 10 milli 2 qrupda qüvvəsini sınayacaq.