Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının I təsnifat mərhələsinə hazırlığını davam etdirir. Apasport.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, yığmamız aprelin 30-dan ölkəmizdə səfərdə olan “Barkom-Kajani” klubu ilə 3 yoldaşlıq oyunu keçirib.
5 setdən ibarət olan görüşlərin 2-də millimiz, 1-də isə Lvov təmsilçisi qalib gəlib. Belə ki, tərəflərin 1-ci qarşılaşmasında yığmamız 3:2 qalib gəlib. Növbəti qarşılaşmada “yarasalar” 4:1 hesabı ilə millimizdən üstün olub. 3-cü gün isə yenidən yığmamız Ukrayna çempionatının VI pillədə olan komandasını məğlub edib - 3:2.
Qeyd edək ki, əslində “Barkom-Kajani” klubu Bakıya beynəlxalq turnir adı ilə gəlmişdi. Sadəcə olaraq, son anda Türkiyə, Qazaxıstan və İran komandaları ölkəmizə gəlməkdən imtina etdiyi üçün turnir baş tutmayıb.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO