Millimiz Bolqarıstana qalib kimi yollanır
20.05.2014 - 08:38
Millimiz Bolqarıstana qalib kimi yollanır

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri ev sahibləri ilə üz-üzə gəliblər.

Qarşılaşma voleybolçularımızın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Sloveniyada Avro-2015-in II təsnifat mərhələsinə hazırlığını yekunlaşdıran millimiz bu gün Bolqarıstana yollanacaq. Burada rəqibimiz ev sahibləri ilə yanaşı, Portuqaliya və Yunanıstan olacaq.

Qeyd edək ki, seçmə oyunlar mayın 22-24-də olacaq.