Qadın basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi Avstriyadakı yarışın ikinci günü meydan sahibləri ilə görüşüb.
B qrupundakı bu matç darmadağınla nəticələnib. Yığmamız 29:94 (6:17, 6:19, 9:25, 8:33)hesabı ilə uduzub. Britaniyalıların duelində isə Şotlandiya Uelsdən ikiqat üstün olub – 86:43 (16:12, 24:2, 30:8, 16:21).
Yer |
komanda |
O |
Q |
M |
T/F |
X |
1 |
Avstriya |
2 |
2 |
0 |
176-53 |
4 |
2 |
Şotlandiya |
2 |
2 |
0 |
152-99 |
4 |
3 |
Azərbaycan |
2 |
0 |
2 |
85-160 |
2 |
4 |
Uels |
2 |
0 |
2 |
67-168 |
2 |
Bu məğlubiyyətdən sonra millimiz yarımfinal şansını itirib. Komandamız Uels, həmçinin A qrupunun sonuncusu ilə birlikdə 5-7-ci yerlər uğrunda mübarizə aparacaq. Lakin bunadək B qrupunun autsayderləri öz aralarında münasibətlərini ayırd edəcək. Qrup mərhələsinin bu gün baş tutacaq III turunda yığmamız Uelsi sınağa çəkəcək.