Millimiz Makedoniyaya yenildi
10.05.2014 - 09:52
Millimiz Makedoniyaya yenildi

Kişi voleybolçulardan ibarət milli komandamız Makedoniyada keçirilən Avropa çempionatının ilkin seçmə mərhələsində birinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamızın ilk rəqibi meydan sahibləri olub.

Görüş Makedoniyanın 3:0 (25:15, 25:17, 25:15) hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər oyununda da Qafqaz təmsilçisi məğlub olub. Belə ki, Gürcüstan İsveçə boyun əyib – 1:3 (25:19, 26:28, 11:25, 14:25).

Qeyd edək ki, bu gün yığmamız İsveçlə qarşılaşacaq.