Millimizin 2-ci xalı
07.07.2014 - 08:00
Millimizin 2-ci xalı

Kişi voleybolçular arasında Avropa liqasında qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, A qrupunda mübarizə aparan Azərbaycan yığması son iki görüşdə Polşa ilə üz-üzə gəlib.

 

Qrupun aşkar autsayderi olan yığmamız ev görüşlərində uduzsa da, turnirdəki 2-ci xalını qazanıb. Bu xal Polşanı 3-cü olmaqdan məhrum edib.

 

A qrupunun qalibi adını isə Monteneqro qazanıb. Onların son turda 3 xal verdiyi Yunanıstan isə 2-ci yerlə yarımfinala adlayıb.

 

Qeyd edək ki, yarımfinal mərhələsində Monteneqro Makedoniya, Sloveniya isə Yunanıstanla qarşılaşacaq.

 

Avropa Liqası

A qrupu

4 iyul

Azərbaycan – Polşa – 2:3 (21:25, 20:25, 25:20, 29:27, 12:15)
 

5 iyul

Azərbaycan – Polşa – 0:3 (16:25, 14:25, 21:25)

Monteneqro – Yunanıstan – 3:0 (25:20, 25:18, 29:27)
 

6 iyul

Monteneqro – Yunanıstan – 1:3 (25:19, 19:25, 24:26, 23:25)

 

yer

komanda

O

Q

M

S/F

T/F

X

1

Monteneqro

8

6

2

20-10

713-631

17

2

Yunanıstan

8

5

3

18-14

722-604

15

3

Rumıniya

8

5

3

17-16

760-737

13

4

Polşa

8

4

4

18-16

758-750

13

5

Azərbaycan

8

0

8

7-24

617-747

2