Millimizin hücumçusundan 21 dəqiq zərbə
20.01.2014 - 10:37
Qadın voleybolçular arasında Rusiya Superliqasında növbəti turun matçları başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın XII həftəsində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Proton”u qəbul edib.
Qarşılaşma Omsk təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:1 (25:14, 19:25, 25:16, 25:22). Məmmədova qarşılaşmada 21 xal toplayıb.
Qeyd edək ki, bu qələbədən sonra “Omiçka” 26 xalla ikinci pillədəki yerini qoruyub.
0
0