Monteneqro qrupumuzun vahid lideri oldu
09.06.2014 - 09:00
Monteneqro qrupumuzun vahid lideri oldu

Kişi voleybolçular arasında Avropa Liqasında ilk 2 turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin istirahət etdiyi qarşılaşmalarda rəqiblərimiz bir-birini sınağa çəkiblər.

 

Belə ki, Monteneqronu qəbul edən Polşa millisi hər 2 görüşdə məğlub olublar – 2:3 (12:25; 25:21; 17:25; 26:24; 10:15); 1:3 (25:27; 25:23; 14:25; 20:25). Qrupumuzun digər oyununda isə Rumıniya voleybolçuları Yunanıstan yığmasına 1 matçda qalib gəlib (3:2; (25:18; 22:25; 23:25; 25:16; 16:14)), digərində “quru hesabla” uduzub (0:3; (20:25; 23:25; 20:25)).

 

Nəticədə Monteneqro qrupda birinci pilləni ələ alıb.

 

Növbəti turun oyunları iyunun 13-15-də olacaq. III və IV turda Azərbaycan millisi Rumıniya yığmasını qəbul edəcək.

 

1.

Monteneqro

2

2

0

6-3

210-174

5

2.

Yunanıstan

2

1

1

5-3

173-174

4

3.

Rumıniya

2

1

1

3-5

174-173

2

4.

Polşa

2

0

2

3-6

174-210

0

5.

Azərbaycan

0

0

0

0

0-0

0

 

Qeyd edək ki, rumınlarla ilk görüşümüz iyunun 14-də, növbəti matç isə ertəsi gün olacaq.