“Həmişə daha yüksək nəticə istəyirsən. Mən indi xoşbəxtəm və bundan razıyam”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova deyib.
Təmsilçimiz Rusiya Superliqasının 3-cü yer uğrunda Krasnodar “Dinamo”su ilə oyundan (3:2) sonra fikirlərini açıqlayıb. Məmmədova bildirib ki, bürünc medal qazanmaları da yaxşı nəticədir: “Bütün mövsümü xatırlasaq, bir az üzgünəm ki, ilin bir hissəsini buraxmalı oldum. Zədə səbəbindən pley-offda Moskva “Dinamo”su ilə oyunlardan kənar qaldım. Lakin ümumilikdə qazandığımız Rusiya çempionatının bürünc medalı çox yaxşı nəticədir”.
Hücumçumuzun sözlərinə görə, mövsümün gedişində onun üçün oynamaq əvvəlkindən daha asan olub: “Çünki oyun mənim üzərimdə daha az qurulurdu. Çıxışımız daha rəngarəng alınırdı. Topun qəbulu da yaxşı idi. Biz I templə daha çox oynayırdıq. Müxtəlif variantları yoxlayır, kombinasiyalı oyuna üstünlük verirdik. Bir sözlə, böyük yüklənməyə məruz qalmırdım”
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO