Natalya Məmmədova bombardir olub, meydandan məyus ayrıldı
23.05.2014 - 08:22
Natalya Məmmədova bombardir olub, meydandan məyus ayrıldı

Qadın voleybolçular arasında Avro-2015-in II təsnifat mərhələsinin ilk turu çərçivəsində keçirilən Portuqaliya – Azərbaycan qarşılaşmasının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız gözlənilmədən 2:3 hesabı ilə uduzsa da, matçın bombaridiri adını Natalya Məmmədova qazanıb.

 

“Omiçka”nın şərəfini qoruyan təmsilçimiz 22 xal toplayıb. Faiq Qarayevin digər yetirmələrinə gəlincə, Anastasiya Qurbanova 16, Kseniya Kovalenko 11, Ayşən Abduləzimova 10, Yekaterina Jidkova 9, Polina Rəhimova 5, Oksana Parxomenko 4 və Yana Ağayeva 2 xal toplayıb.

 

Rəqibin heyətində isə Marta Hürst məhsuldar olub. Onun 15 zərbəsi komandamız üçün qarşısıalınmaz olub.