Natalya Məmmədova milliyə qoşuldu, yığmamız Bolqarıstana yollanır
19.05.2014 - 13:00
Natalya Məmmədova milliyə qoşuldu, yığmamız Bolqarıstana yollanır

Avro-2015-in II təsnifat mərhələsinə hazırlaşan qadın voleybolçular arasında Azərbaycan millisi Sloveniyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, mayın 15-dən Mariborda hazırlıq keçən Faiq Qarayevin yetirmələri artıq 3 yoxlama qarşılaşmasında da gücünü sınayıblar.

 

Belə ki, öncə Avstriya ilə heç-heçə edən (2:2) komandamız ardınca İsrail yığması ilə üz-üzə gəlib. Bu millini ilk görüşdə 3:0 hesabı ilə məğlub edən voleybolçularımız eyni rəqiblər ikinci oyunda 2:3 hesabı ilə uduzub. Komandamızın bu gün ev sahibləri ilə qüvvəsini sınayacağı gözlənilir.

 

Qeyd edək ki, artıq “Omiçka”nın şərəfini qoruyan Natalya Məmmədova da Faiq Qarayevin sərəncamındadır. Voleybolçularımız II təsnifat mərhələsinin ilk dövrəsinin keçiriləcəyi Bolqarıstana isə sabah yola düşəcək.