Natalya Məmmədova Moskva “Dinamo”su ilə oyuna çıxmadı
25.03.2014 - 10:37
Qadın voleybolçular arasında Rusiya Superliqasında XVIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində “Omiçka” Moskva “Dinamo”su ilə oynayıb.
Omsk təmsilçisinin 3:2 (11:25, 25:18, 28:26, 18:25, 15:11) hesabı ilə qalib gəldiyi görüşdə Azərbaycan millisinin hücumçusu Natalya Məmmədova meydana çıxmayıb. Onun zədədən sonra bərpa dövrü keçdiyi bildirilir.
Qeyd edək ki, “Omiçka” bu qələbədən sonra 36 xalla ikinci pillədəki yerini qoruyub.
0
0