Natalya Məmmədovanın Rusiyada 3-cü medalı
15.05.2014 - 08:16
Natalya Məmmədovanın Rusiyada 3-cü medalı

Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova Rusiya çempionatında növbəti mükafatını qazanıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçumuz “Omiçka”nın heyətində Superliqanın bürünc medalına yiyələnib.

 

Omsk təmsilçisi 3-cü yer uğrunda görüşdə Krasnodar “Dinamo”suna qalib gəlib – 3:2 (18:25, 25:23, 20:25, 25:19, 15:7). Onlar bununla Çempionlar Liqasında oynamaq hüququ da qazanıblar. Məmmədova pley-off mərhələsində zədə səbəbindən oynamasa da, bu dəfə meydanda olub.

 

Beləliklə, təmsilçimiz Rusiya çempionatında 3-cü medalını qazanıb. Məmmədova 2 bürünc medalını “Omiçka” ilə, digərini məhz bu dəfə məğlub etdikləri Krasnodar “Dinamo”su ilə əldə edib.