Oksana Parxomenko: Bu, ən böyük problemimiz olaraq qalır
31.05.2014 - 10:01
Oksana Parxomenko: Bu, ən böyük problemimiz olaraq qalır

Azərbaycan millisinin voleybolçusu Oksana Parxomenko Avro-2015-in II təsnifat mərhələsinin V turunda Portuqaliya ilə oyuna münasibət bildirib. Apasport.az saytının məlumatına görə, təcrübəli kapitanımız 3:1 hesabı ilə qalib gəldiyimiz matçdan razı qalmayıb.

 

O bildirib ki, rəqiblə görüş Sofiyada olduğu kimi çətin alınıb: “Hələ də topu oyuna daxil etmək ən böyük problemimiz olaraq qalır. Komandamızın portuqaliyalılara qarşı çıxışından çox da razı qalmadım”.

 

Qeyd edək ki, millimiz Bolqarıstanda keçirilən ilk dövrədə Portuqaliyaya 2:3 hesabı ilə uduzmuşdu.