Oyun zamanı hakim dünyasını dəyişdi
21.01.2014 - 05:44
Basketbol üzrə Moldova çempionatında bədbəxt hadisə baş verib. Apasport.az “İTAR-TASS”a istinadən xəbər verir ki, "Çadır Basket" və "Qamma" klubları arasında keçirilən qarşılaşmada oyunun hakimi Vyaçeslav Frolov dünyasını dəyişib.
Hadisə barədə mətbuata açıqlama verən Moldova Basketbol Federasiyasının prezidenti Aktavian Vukol hakimin komandalardan birinin hücumu zamanı yerə yıxıldığını deyib. Onun sözlərinə görə həkimlərin cəhdlərinə baxmayaraq, Frolov hadisə yerindəcə keçinib.
Qeyd edək ki, ötən ilin oktyabrında 60 yaşını qeyd edən Frolov milli dərəcəli hakim idi.
0
0