Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova yeni mövsümlə bağlı qərarını dəyişib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı diaqonal oyunçu karyerasını ölkə xaricində davam etdirəcək.
“Azəryol”un heyətində saxlamaq istədiyi Rəhimova bu komanda ilə son anda müqaviləyə imza atmayıb. Bu da səbəbsiz deyil. Çünki “Azəryol” artıq onun mövqeyində oynayan Yovana Brakoçeviç və Anastasiya Qurbanovanı heyətinə qatıb.
Artıq Polinanın gedəcəyi ölkə də bəllidir. O, yeni mövsümdə Cənubi Koreya çempionatında forma geyinəcək. Voleybolçu bu ölkənin “Hyundai” və ya “Heungkuk” klublarından birinin şərəfini qoruyacaq.
Qeyd edək ki, 2012/2013 mövsümündə Azərbaycan yığmasının digər milliləşdirilmiş legioneri Yana Ağayeva “Hyundai”da oynayıb və bürünc medal qazanıb.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO