Polina Rəhimova Koreya çempionatına qələbə ilə başladı
23.10.2014 - 15:03
Polina Rəhimova Koreya çempionatına qələbə ilə başladı

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Cənubi Koreya çempionatında debüt edib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçumuz “Hyundai”nin heyətində ilk rəsmi matçına çıxıb.

 

Rəhimovanın komandası “Huenqkuk”u qəbul edib. Seulda baş tutan görüş “Hyundai”nin 3:1 hesablı (25:14; 16:25; 25:22; 25:21) qələbəsi ilə başa çatıb.

 

Polina 38 xalla matçın ən yaxşısı seçilib. “Huenqkuk”da icarə əsasında çıxış edən “Rabitə”nin voleybolçusu Rayçel Rurk isə təmsilçimizdən 6 xal az toplayıb. Azərbaycan çempionunun 32 zərbəsi dəqiq olub. 

0