Puerto-Riko millisinin kapitanı yığmamıza məğlub olmalarının səbəbini açıqladı
25.09.2014 - 17:40
“Biz bəzi səhvlər etdik. Bunun da nəticəsində lazımı qələbəni əldən verdik”. Apasport.az saytının məlumatına görə, bunu Puerto-Riko millisinin voleybolçusu Yarimar Rosa deyib.
Komandasının kapitanı dünya çempionatında Azərbaycanla oyunu (2:3) dəyərləndirib: “Hər 2 komanda sona kimi döyüşdü. Rəqib çətin qələbə qazandı. Qalib gəlmək üçün bizim də şanslarımız vardı. Amma alınmadı”.
Qeyd edək ki, Rosa Azərbaycanla matçda 20 xal toplamaqla, komandasının ikinci məhsuldar oyunçusu olub.
0
0