Püşk atıldı: AVRO-2015-də Türkiyə ilə qarşılaşa bilərik!
12.11.2014 - 19:30
Püşk atıldı: AVRO-2015-də Türkiyə ilə qarşılaşa bilərik!

Bu gün qadın voleybolçular arasında 2015-ci ildə Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatması olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 1 addımlığında olduğu yarışda komandalar rəqiblərini tanıyıblar.

 

Belə ki, Belçikanın Antverpen Şəhər Zalında təşkil olunan mərasimdə yığmalar 4 qrupa bölünüb. Püşkatmaya əsasən hər bir qrupda mübarizənin gərgin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar.

 

Əgər Azərbaycan voleybolçuları pley-off səddini keçərlərsə, gələn il sentyabrın 26-da start götürüb, oktyabrın 4-də başa çatacaq həlledici mərhələdə B qrupunda gücünü yoxlayacaqlar. Çünki qitənin ən mötəbər turnirinə qatılacaq 13 millinin adı əvvəlcədən bilinsə də, digər 3 vəsiqədən taleyinə III mərhələdə aydınlıq gələcək. Bunlardan birinə Azərbaycan yığması sahib ola bilər. Komandamız gəlin ilin mayında Slovakiya ilə qarşılaşmada məsələyə tam aydınlıq gətirəcək. Digər pley-off cütlərində Belarus Ukrayna ilə, Sloveniya Fransa ilə üz-üzə gələcək.

 

 

A qrupu

Apeldorn (Hollandiya): Hollandiya (ev sahibi), İtaliya (AVRO-2013-dəki nəticəsinə əsasən), Polşa (seçmə mərhələdə qrup qalibi), Fransa-Sloveniya cütünü qalibi


B qrupu

Antverpen (Belçika): Belçika (ev sahibi), Türkiyə (seçmə mərhələdə qrup qalibi), Macarıstan (seçmə mərhələdə qrup qalibi), Azərbaycan – Slovakiya cütünün qalibi

 
C qrupu

Rotterdam (Hollandiya): Rusiya (son Avropa çempionu), Xorvatiya (AVRO-2013-dəki nəticəsinə əsasən), Bolqarıstan (seçmə mərhələdə qrup qalibi), Ukrayna – Belarus cütünün qalibi

 
D qrupu

Eindhoven (Hollandiya): Serbiya, Almaniya (hər ikisi AVRO-2013-dəki nəticəsinə əsasən), Rumıniya, Çexiya (hər ikisi seçmə mərhələdə qrup qalibi)

 

Qeyd: Komandaların qarşısında final mərhələsinə necə vəsiqə qazanmaları göstərilib.