Qadın voleybolçular arasında Türkiyə Superliqasında XIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Çempionlar Liqasında “İqtisadçı”nın rəqibi “Vakıfbank” “Qalatasaray”ı qəbul edib.
Qarşılaşma olduqca gərgin keçib. Lakin “sarı-qırmızılar” da “Vakıfbank”ın qələbə seriyasını qıra bilməyiblər. Rəqibimiz çətinliklə də olsa, ardıcıl 72-ci qələbəsini qazanıb – 3:2 (21:25, 25:23, 22:25, 25:14, 15:11). Onlar bununla da turnir cədvəlində zirvədəki yerlərini qoruyublar (38 xal).
Qeyd edək ki, Bakıdakı matçda “İqtisadçı”ya 3:0 hesabı ilə qalib gələn “Vakıfbank” təmsilçimizi yanvarın 22-də qəbul edəcək.