Rəqibimiz Azərbaycan çempionatının mükafatçısını aldı
10.09.2014 - 17:43
Çempionlar Liqasının qrup mərhələsində “Rabitə”nin rəqibi olan Çexiyanın “Agel” klubu heyətinə daha bir voleybolçu qatıb. Apasport.az saytının məlumatına görə, ölkəsinin ən güclüsü Almaniya millisinin toppaylayıcısı Katlin Ueisslə güclənib.
30 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb. O, İtaliya “Foppapedretti”sini “Agel”ə dəyişib.
Qeyd edək ki, Katlin 2010/2011 mövsümündə “İqtisadçı”da oynayaraq, Super Liqanın bürünc medalını qazanıb.
0
0