Rəqibimiz liderliyini qorudu
08.11.2014 - 18:34
Qadın voleybolçular arasında Türkiyə Superliqasının IV turuna start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində “Fənərbaxça” “Bursa BB”nin qonağı olub.
Matç “sarı-lacivərdlilər”in asan qələbəsi ilə başa çatıb. Ev sahibləri yalnız ilk setdə müqavimət göstərə biliblər: 0:3 (24:26; 10:25; 14:25).
Beləliklə, digər oyunların nəticəsindən asılı olmayaraq, 4 matçda 12 xal toplayan İstanbul təmsilçisi liderliyini davam etdirəcək.
Qeyd edək ki, “Fənərbaxça” Çempionlar Liqasının qrup mərhələsində “Azəryol”un rəqibidir.
0
0