Rəqibimizdən darmadağın
29.10.2014 - 09:20
Rəqibimizdən darmadağın

Qadın voleybolçular arasında Polşa Orlen Liqasında IV turun görüşləri başa çatıb. Apasport.az saytının məlumatına görə, turun son oyun günündə “Rabitə”nin Çempionlar Liqasındakı rəqibi “Ximik” lider “Tauron”u qəbul edib.

 

Görüş son ölkə çempionlarının darmadağını ilə başa çatıb – 3:0 (25:19; 25:16; 25:22). Bu qələbə rəqiblərindən 1 oyun az keçirən “Ximik”i 6-cı pilləyə yüksəldib. Onların aktivində 8 xalı var.

0