Revanş üçün Bakıdan ayrılır
18.01.2014 - 14:24
Revanş üçün Bakıdan ayrılır

Bakının “Azərreyl” klubunun Rusiyaya yollanacağı vaxt dəqiqləşib. Apasport.az saytının məlumatına görə, CEV kubokunun 1/4 final mərhələsi çərçivəsində, yanvarın 22-də “Uraloçka” ilə oynayacaq Aleksandr Çervyakovun komandası səfərə qarşılaşmadan 3 gün tez gedəcək.

 

Belə ki, paytaxta 1:3 hesabı uduzan “dəmiryolçular” revanş üçün sabah Bakıdan ayrılacaqlar. Onlar birbaşa Yekaterinburqa yollanacaqlar. Səfərə tez yollanmaqda məqsəd isə adaptasiya olunmaqdır.

 

Qeyd edək ki, görüş saat 18:30-da başlayacaq.