“Bu yarışda asan qrup olacağını gözləyə bilməzdik. Fikrimcə, son mövsümdə göstərdiyimiz performansı təkrarlamalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu Rumıniyanın “Ştiinta” voleybol klubunun baş məşqçisi Florin Qrapa deyib.
O, Çempionlar Liqasının startı öncəsi keçirilən mətbuat konfransında şanslarını dəyərləndirib. Qrapa bildirib ki, Rumıniya çempionu yeni mövsümdə “Azəryol” (Azərbaycan), “Fənərbaxça” (Türkiyə) və “Nant”a (Fransa) qarşı layiqli çıxışı ilə fərqlənəcək: “İnanıram ki, qrup azı 9 xal toplayacağıq. Bunu reallaşdırmaq çətin olmalı deyil. Son il Çempionlar Liqasının qalibi Kazan “Dinamo”su ilə eyni qrupda yer alıb, onlardan xal götürmüşdük. Bakauya bir neçə elit komanda gələcək. Ümid edirəm ki, azarkeşlərimiz idman zalını dolduracaqlar və bizi dəstəkləyəcəklər. “Fənərbaxça” və “Azəryol” qrupumuzun aşkar favoritidilər. Amma biz hər xal üçün döyüşəcəyik”.