Yeni mövsümdə əvvəlki tək iddialı olmayacaq “İqtisadçı” ilk transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Super Liqanın bürünc mükafatçısı “Lokomotiv”in bəyənməyib, müqavilə uzatmadığı Katarina Barunu rənglərinə bağlayıb.
31 yaşlı xorvatiyalı hücumçu ilə 1 illik razılıq əldə olunub. Onun Çempionlar Liqasında “wild card”la iştirak üçün sifariş ərizəsi verməyən və CEV kubokuna qatılacaq “İqtisadçı”nın lideri olacağı da gözləniləndir. Çünki “universitet komandası”nın hələlik aparıcı oyunçuları ilə danışıqları heç bir səmərə vermir.
Qeyd edək ki, “İqtisadçı”nın yeni mövsümdən yeni adla oynaması da istisna deyil.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO