Sloveniyadan 4 xal
07.07.2014 - 08:16
Sloveniyadan 4 xal

Qadın voleybolçular arasında Avropa Liqasında 5-ci həftənin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, A qrupunda çıxış edən Azərbaycan millisi IX və X turun görüşlərində səfərdə Sloveniya ilə üz-üzə gəlib.

 

İlk dövrədə olduğu kimi yığmamız yenə balkanlılardan 4 xal almağı bacarıb. Düzdür, 2-ci oyunda ilk 2 seti qalib gələn millimiz həmin qarşılaşmanı da uda bilərdi.

 

Bu 4 xal son oyunlar ərəfəsində komandamız üçün son pillədən qurtulmaq, hətta nəzəri 2-ci yer şansı yaradıb. Türkiyənin Bolqarıstanı xalsız qoyması da bunda rol oynayıb.

 

1-ci yeri təmin edən qonşu ölkə təmsilçisi bu qələbələrlə son turu formallığa çevirib. Onlar yalnız 1 komandanın qrupdan çıxdığı yarışın finalına yüksəlib.

 

Avropa Liqası

A qrupu

5 iyul

Sloveniya – Azərbaycan – 1:3 (25:21, 19:25, 17:25, 21:25)

Türkiyə - Bolqarıstan – 3:0 (25:19, 25:22, 25:17)
 

6 iyul

Sloveniya – Azərbaycan – 3:2 (19:25, 23:25, 25:20, 30:28, 15:7)

Türkiyə - Bolqarıstan – 3:0 (25:23, 25:23, 25:17)

 

Yer

Komanda

O

Q

M

S/F

T/F

X

1

Türkiyə

10

7

3

23-11

772-687

21

2

Bolqarıstan

10

4

6

18-21

846-835

14

3

Sloveniya

10

6

4

20-21

850-881

14

4

Azərbaycan

10

3

7

15-23

766-827

11