Sönmüş serbiyalı: Azərbaycanda oynamağın vaxtıdır
13.05.2014 - 11:50
Sönmüş serbiyalı: Azərbaycanda oynamağın vaxtıdır

“Bir az düşündüm və əmin oldum ki, düzgün qərar qəbul etmişəm. Hər şey xoşuma gəldi”. Apasport.az saytının məlumatına görə, bunu Serbiya millisinin sabiq voleybolçusu Yelena Nikoliç deyib.

 

32 yaşlı voleybolçu “Azəryol”a keçidi ilə bağlı ilk açıqlamasını verib. Türkiyənin “Vakıfbank” klubundan transfer olunan Nikoliç Bakı klubunun hədəflərini də açıqlayıb: “Komanda çox yaxşı qurulub, Çempionlar Liqasının “Dördlər finalı”na yüksəlmək hədəfləri var. Müxtəlif komandaların heyətində rəqib kimi Azərbaycana hər yollandıqda Bakının daha da gözəlləşdiyinin şahidi olurdum. Hətta deyərdim ki, onlar bir az gecikiblər. İtaliya, Yaponiya, Fransa və Türkiyədə çıxış etdikdən sonra mənə dəvət göndəriblər. Amma artıq Azərbaycanda oynamağın vaxtı yetişib və mən komandama fayda verəcəyimə inanıram”.

 

Qeyd edək ki, Nikoliç 1 illik müqaviləyə imza atıb.