Uimbldon turnirinin təşkilatçıları qadın tennisçilər üçün yeni geyim forması müəyyən ediblər. Apasport.az saytının məlumatına görə, qadınlar ənənəvi olaraq ancaq ağ geyimdə çıxış etməlidirlər. İndi isə yeni qaydalara uyğun olaraq onların paltarında eni 1 santimetrdən çox olan rəngli əlavələr ola bilməz.
Böyük Britaniyanın açıq çempionatının 1987-ci ildəki qalibi Pet Keş təşkilatçıların artıq bütün dəyərləri ayaq altına atdıqlarını vurğulayıb: “Bəzi qadın tennisçilərin büstqalterlərinin və toplarında başqa rəng olduğundan, təşkilatçılar onları korta buraxmayıblar. Görünür, geyməyə başqa geyimləri olmadığından, tennisçilərin bəziləri büstqalterlərini çıxardaraq, alt paltarı olmadan çıxış ediblər”.
Pet Keş bildirib ki, qadınlardan birinin tünd rəngli alt geyimi olub. O tərləyəndə, alt geyimi azacıq görünürmüş. Buna görə də, ona korta çıxmağa icazə verilməyib: “Təşkilatçılar alt paltarının görünməsinə icazə vermirlər. Amma başqa intim hissələrin görünməsi problem deyil. Deyəsən, bu onlara hətta ləzzət edir!”