Azərbaycan millisinin voleybolçusu Yana Ağayeva “Atom”un heyətində CEV kubokunun 1/8 final mərhələsinə yüksəlib. Apasport.az saytının məlumatına görə, Sopot təmsilçisi buna yarışın startı verilməmişdən nail olub.
Belə ki, Ağayevanın komandasının rəqibi Ukrayna “Severodonçanka”sı kubokdan çəkilməyə qərar verib. Luqansk vilayətinin Severodonetsk şəhərinin təmsilçisi bunu doğma məkanda atışmaların getməsi ilə əlaqələndirib.
Bu səbəbdən də Avropa Voleybol Federasiyası “Atom”a hər 2 matçda 3:0 (25:0; 25:0; 25:0) hesablı texniki qələbə verib. Nəticədə polşalılar 1/8 finalda “Olomouts” (Çexiya) – “Gea Happel Amiqos” (Belçika) cütünün qalibini gözləyirlər.
Qeyd edək ki, tarixin yaddaşına qovuşan “İqtisadçı”nı da belə bir tale gözləyir. Lakin hazırda komandanın digər sponsorla fəaliyyətinin gündəmdə olması bu qərarı gecikdirir. “Universitet komandası”nın yekun qərarının və ya onların əvəzləyicisinin oktyabrın 18-də dəqiqləşəcəyi gözlənilir.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq