“Rabitə” klubunun üzvləri Kayla Banvartla Cina Mankuso Puerto-Rikada keçiriləcək ulduz voleybolçuların yoldaşlıq görüşünə dəvət alıblar. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin amerikalı oyunçuları bu ölkədə çıxış etmiş ən yaxşı legionerlərdən formalaşacaq komandanın heyətində yer alacaqlar.
Rəqib isə hazırda Puerto-Rika çempionatında adından söz etdirən voleybolçular olacaqlar. Matç martın 11-də Playa de Ponse şəhərində keçiriləcək.
Qeyd edək ki, legionerlər komandasında Azərbaycan Super Liqasında “Lokomotiv” və “İqtisadçı”da oynamış Nansi Metkalf, həmçinin “Rabitə”nin Çempionlar Liqasının yarımfinalındakı rəqibi “Dinamo”nun (Kazan) voleybolçusu Cordan Larson da yer alacaq.