Voleybol tarixində yeni rekord
17.09.2014 - 00:03
Voleybol tarixində yeni rekord

Dünya voleybol tarixində yeni rekord. Apaspot.az saytının məlumatına görə, Polşada keçirilən kişilər arasında dünya çempionatının I və II turlarında azarkeş sayında yenilik baş verib.

 

Belə ki, hər iki görüşü tribunalardan izləyən fanatların sayı 508 min 12 nəfər olub. Yarım milyondan çox olan azarkeşlər daha əvvəl qırılan rekordu ötüb.

 

Bu isə 2010-cu ildə İtaliyada reallaşan dünya çempionatında baş verib. Həmin vaxtı fanatların sayı 339 min 324 nəfər olub.

 

Qeyd edək ki, Fransa, İran, Almaniya, Braziliya, Rusiya və Polşanın III tura keçdiyi yarışın digər 11 oyununa 125 min azarkeşin gəlməsi gözlənilir.