Xorvatiyalı hücumçu Bakı klubuna “atdı”
30.05.2014 - 09:15
Yeni mövsümdən iddiasız komandaya çevriləcək “İqtisadçı”nın “siftəsi” kor olub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin transferində razılığa gəldiyi Katarina Barun son anda fikrindən daşınıb.
Belə ki, xorvatiyalı hücumçu bakılılarla müqaviləyə imza atmayaraq, İtaliyaya üz tutub. O, burada “Novara” ilə danışıqları müsbət yekunlaşdıraraq, A seriyasında oynamağa qərar verib.
Qeyd edək ki, xorvatiyalı legioner son ili “Lokomotiv”də oynayıb. Lakin uğursuz mövsümdən sonra “dəmiryolçular” Barunu bəyənməyib, müqaviləsini uzatmamışdı.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO
0
0