Yaponiya Azərbaycanla oyun üçün yekun heyətini açıqladı
15.09.2014 - 13:24
Yaponiya Azərbaycanla oyun üçün yekun heyətini açıqladı

Qadın voleybolçulardan ibarət Yaponiya millisi dünya çempionatı yekun heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 23-də start götürəcək mundialda Azərbaycanla eyni qrupda yer alan komandanın baş məşqçisi Masayosi Manabe güvənəcəyi oyunçuları müəyyənləşdirib.

 

Təcrübəli mütəxəssis Yuko Sano, Riko Seki, Miya Sato, Aimi Kavaşima, Natsumi Fudzita, Mami Uçiseto, Arisa İnoue və Miyuku Hiramatsudan imtina edərək, 14 voleybolçuya şans verəcəyini açıqlayıb. Onun heyətdən kənarlaşdırdığı oyunçular arasında “İqtisadçı”nın sabiq liberosunun zədəli olduğu bildirilir.

 

Yaponiyanın heyəti

Toppaylayıcılar: Hitomi Nakamiti, Haruka Miyasita

Blokçular: May Yamaquti, Kana Ono

Hücumçular: Saori Kimura (kapitan), Risa Sinnabe, Arisa Takada, Miyu Naqaoka, Saori Sakoda, Midzuho İsida, Yuku İsii, Yukiko Ebata

Libero: Arisa Sato, Sayaka Tsutsui

 

Qeyd edək ki, yaponlar ilk turda Azərbaycan voleybolçuları ilə qarşılaşacaqlar.