Voleybol üzrə Avropa Liqasının növbəti 2 turunun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisinin oyunları latviyalı Kaspars Timmermanislə ukraynalı Mixaylo Medvidə tapşırılıb.
Onlar IX və X turlarda Polşa ilə Bakıda keçiriləcək matçları idarə edəcəklər. İyulun 4-də 17:00-da başlayacaq qarşılaşmada latviyalı 1-ci, ukraynalı isə 2-ci hakim olacaq. Ertəsi gün eyni saatda başlayacaq matçda isə referilər yerlərini dəyişəcəklər.
Qadınlardan ibarə yığmamız isə həftəsonu Sloveniyanın qonağı olacaq. Maribordakı görüşlərdə Adnan Kolos (Bosniya və Herseqovina) və Bart Frinye (Belçika) iş başında olacaq. İyulun 5-də Bakı vaxtı ilə 20:30-da başlayacaq qarşılaşmada balkanlı, ertəsi gün eyni saatdakı görüşdə isə belçikalı 1-ci hakim olacaq.
Qadın voleybolçularımızın son oyunlarının hakimləri də artıq indidən bəllidir. Bolqarıstanla oyunlar rumıniyalı Tudor Pop və litvalı Audrius Qarqasasa həvalə edilib. Onlar iyulun 11-12-də, hər ikisi 18:00-da başlayacaq matçlarda fit çalacaq. İlk oyunda Pop, son turda isə Qarqasas əsas söz sahibi olacaq.
Qeyd edək ki, hər iki yığmamız 8 turdan sonra qrupda sonuncu pillədə qərarlaşıb.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO