Yığmamız apreldə Bolqarıstana gedəcək
22.01.2014 - 11:20
Yığmamız apreldə Bolqarıstana gedəcək

19 yaşadək qız voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatında oynayacağı məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, D qrupunda yer alan yığmamızın matçlarına Bolqarıstan ev sahibliyi edəcək.

 

Qarşılaşmalar Samokov şəhərinin eyniadlı arenasında keçiriləcək. Aprelin 24-də başlayacaq qrup mərhələsi isə 3 gün davam edəcək.

 

Qeyd edək ki, qrupumuzda ev sahibi ilə yanaşı, Avstriya və Rusiya milliləri yer alıb.